“WhatsApp”dakı problemlə bağlı RƏSMİ AÇIQLAMA

  • By admin
  • 25 Oktyabr 2022 12:31

Xəbər verdiyimiz kimi, “WhatsApp” messencerinin işində problem yaranıb. Artıq bir saata yaxındır ki, istifadəçilər “WhatsApp”dan mesaj göndərə bilmirlər.

Gununsesi.info xəbər verir ki, messencerdə yaranmış problemin səbəbi barədə “Meta” şirkəti rəsmi açıqlama yayıb.

Şirkətin sözçüsü bildirib ki, problem yaxın vaxtda həll olunacaq: 

“Qlobal xarakter daşıyan problem bir çox ölkələrdə müşahidə olunur. Bəzi insanların hazırda mesaj göndərməkdə çətinlik çəkdiyini bilirik və “WhatsApp”ı hamı üçün mümkün qədər tez bərpa etməyə çalışırıq”

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən isə bildirilib ki, tətbiqin fəaliyyətində yaranmış problem təkcə Azərbaycan ərazisində deyil, qlobal səviyyədə müşahidə edilir. Hazırda məsələ ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, “WhatsApp”da ötən ilin oktyabr ayında da oxşar fasilə yaranmışdı.

Gununsesi.info