“WhatsApp”dan istifadəçilərə daha bir yenilik

  • By admin
  • 23 May 2023 08:47

“WhatsApp” istifadəçilərə mesajlarını 15 dəqiqə ərzində redaktə etməyə imkan verəcək.

Gununsesi.info-nun META-ya istinadən verdiyi xəbərə görə, mesajlaşma proqramı olan WhatsApp, mesajların göndərildikdən sonra 15 dəqiqəyə qədər redaktə edilməsinə icazə verəcəyini açıqlayıb.

“Sadə bir yazı səhvini düzəltməkdən mesaja məzmun əlavə etməyə qədər biz sizə söhbətlərinizə daha çox nəzarət etməkdən məmnunuq” deyə açıqlamada bildirlir.

Bu proqram artıq Telegram və Signal mesajlaşma tətbiqinin rəqibləri tərəfindən həyata keçirilib.

O, WhatsApp, Facebook və Instagram-ın da sahibi olan ABŞ texnoloji nəhəngi Meta-nın bir hissəsidir.

Xüsusiyyət yaxın həftələrdə tətbiqin 2 milyard istifadəçisinə təqdim ediləcək.

 

Tərcümə:

Günel