“WhatsApp”dan yeni sadələşdirilmiş funksiya - FOTO

  • By admin
  • 11 İyul 2023 09:06

“WhatsApp”da yeni cihazların hesabla əlaqələndirilməsi prosesi sadələşdirilib.

Belə ki, artıq QR kodu olmadan – telefon nömrəsi və birdəfəlik koddan istifadə etməklə hesabları “WhatsApp Web”ə bağlamaq mümkün olacaq. Bunun üçün kompüter, yaxud notbuk vasitəsilə hesaba daxil olmaq və “Telefon nömrəsi ilə əlaqə” seçimi edilməlidir.

“Bəzən telefonlarda kamerada nasazlıq yaranır və onlar digər cihazlara qoşulanda skan edə bilmədikləri üçün tətbiqə girmək istəyəndə problemlə üzləşirlər. Bu funksiya onların işini asanlaşdıracaq”, – deyə mütəxəssislər bildiriblər.

Yeniliyin tezliklə bütün istifadəçilər üçün əlçatan olacağı bildirilib.