“WikiLeaks” Türkiyədəki hərbi çevrilişlə bağlı gizli sənədlər açıqlayacaq

  • By admin
  • 18 İyul 2016 16:55

wikiliks

 

 

Məxfi sənədləri və yazışmaları yaymaqla məşhurlaşan  “WikiLeaks” beynəlxalq qeyri-kommersiya təşkilatı Türkiyədəki hərbi çevriliş hadisəsi ilə bağlı çoxlu sayda sənəd açıqlayacağını elan edib.

 

Gununsesi.info-nun “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, “WikiLeaks” bunu özünün rəsmi “Twitter” səhifəsində bildirib.

 

“Türkiyə çevrilişi” etiketi ilə verilən açıqlamada “Türkiyənin siyasi güc iyerarxiyası” haqqında 100 mindən çox sənəd yayımlanacağı bildirilib.

Gununsesi.info