“WikiLeaks”in qurucusu həbsxanada insult keçirdi

“WikiLeaks”in qurucusu Culian Assanj 2019-cu ildən həbsdə olduğu Londonun Belmarş həbsxanasında insult keçirib.

Gununsesi.info xəbər verir ki, bu barədə bazar günü “Daily Mail” qəzeti onun nişanlısı Stella Morrisə istinadla məlumat yayıb .

HTML tutorial

Onun sözlərinə görə, insult oktyabrın 27-də Assanjın London Ali Məhkəməsində videobağlantı vasitəsilə çıxışı zamanı və ABŞ-da davam edən məhkəmə çəkişmələrinin stressi və sağlamlığın ümumi pisləşməsi səbəbindən baş verib.

Hadisə “WikiLeaks”in qurucusunun vəziyyətinə təsir edib:

“Onun sağ göz qapağı sallanıb, yaddaş problemi var və nevroloji zədələnmə əlamətləri müşahidə edilir. Assanj beynin MRT-dən keçdi və indi insult üçün dərman qəbul edir”.

Qəzetin məlumatına görə, Böyük Britaniya Ədliyyə Nazirliyi şərh verməkdən imtina edib.

Gununsesi.info