“Windows” sistemli smartfon fərdi kompüterə çevrilib - VİDEO

  • By admin
  • 29 Yanvar 2018 17:36

Yanvarın əvvəlində “Windows” smartfonlarında “Windows RT” əməliyyat sistemini istifadəyə verən tərtibatçılar bu dəfə böyük irəliləyişə nail olublar. Belə ki, hazırda əməliyyat sistemi “Lumia 640 XL” smartfon modelində stabil və sürətli işləməyə başlayıb. Sensor idarəetmə və çoxfunksiyalılıq dəstəklənir ki, bu da qurğudan tam kompüter kimi istifadəyə imkan verir.

Gununsesi.info “ICTnews”a istinadən xəbər verir ki, tərtibatçılar tərəfindən səsin “Bluetooth” vasitəsilə ötürülməsinin dəstəklənməsi və qrafik sürətləndiricinin işi tətbiq edilib. Nəticədə sistem kifayət qədər sürətli işləməyə başlayaraq videonu da göstərir. Zərurət yarandıqda smartfonda ofis proqramlarını və s. işə salmaq mümkündür.

Smartfon kənar monitor, klaviatura və “mouse”un qoşulması zamanı əksər istifadəçilərin istənilən əsas vəzifələrini yerinə yetirə bilən tam kompüter rolunda çıxış edir.

Gununsesi.info