“Windows”un məşhur mənzərəsinin yeni vəziyyəti tənqid edilib - FOTOLAR

  • By admin
  • 11 İyul 2017 12:35

596378aaae784912d091d146

“Microsoft Windows XP” sayəsində 1 milyard kompüterdə divar kağızı kimi istifadə edilən fotonun son halı görənləri təəccüb içində qoyub.

Gununsesi.info xəbər verir ki, son görüntülərdə yamyaşıl tarlanın yerini saralmış otların tutduğu əks olunub.

1988-ci ildə Çarlez Orear tərəfindən çəkilən bu şəkil internetdə ən çox görüntülənən fotolar arasında yer alıb. Bill Geyts tərəfindən satın alınan bu foto ABŞ-ın Kaliforniya ştatında Sonoma Kauntidə çəkilib.

Mənzərənin son fotosu sosial şəbəkələrdə sürətlə yayılıb və bölgənin qorunması üçün lazımi işləri görməyən səlahiyyətli şəxslər sərt tənqid edilib.

596378b461361f10b453150f

Gununsesi.info