Arxiv
28 Aprel 2021, 19:10 | PARLAMENT
Sahibə Qafarovadan Ermənistan parlamentinin spikerinə CAVAB

Aprelin 28-də Milli Məclisin Sədri Sahibə Qafarova bir sıra ölkələrin parlament rəhbərlərinin "Beynəlxalq sülh və etimadın möhkəmləndirilməsində parlamentarilərin rolu" mövzusunda onlayn görüşündə iştirak edib. Türkmənistan parlamentinin təşəbbüsü və təşkilatçılığı ilə təşkil olunan görüşdə spiker Sahibə Qafarova çıxış edib.

 

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

 

Məlumata görə, o, qeyd edib ki, bu gün qloballaşan dünyada sülh və inamın möhkəmləndirilməsində beynəlxalq və regional parlament təşkilatları ilə yanaşı, milli parlamentlər də xüsusi rol oynayır. Bəşəriyyətin üzləşdiyi qlobal problemlərin həlli üçün dünya ölkələri parlamentlərinin həm ikitərəfli formatda, həm də beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığından çox şey asılıdır. Bu gün parlamentlərarası əməkdaşlıq beynəlxalq aləmdə sülh və sabitliyin bərqərar olmasında, dünya siyasətinin aktual problemlərinin həllində, habelə mövcud beynəlxalq hüquq normalarına riayət olunmasında ölkələrə geniş imkanlar yarada bilər.

 

Görüşdə artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsi haqqında da danışan Milli Məclisin Sədri qeyd edib ki, Ermənistan 30 ilə yaxın Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayıb. Həmin dövrdə sözügedən işğal nəticəsində ölkəmizin üzləşdiyi çətinliklərə münasibətdə beynəlxalq birliyin susqunluğu və heç bir tədbir görməməsi müasir dünyada mövcud olan ikili standartlardan xəbər verir. Lakin 2020-ci ilin payızında Ermənistanın təxribatları nəticəsində yenidən alovlanan münaqişəyə 44 günlük Vətən müharibəsində son qoyuldu və Azərbaycan öz torpaqlarını Ermənistan işğalından azad etdi. Bununla da bölgəmizdə yeni reallıqlar yarandı. Azərbaycan Prezidentinin, Rusiya Prezidentinin və Ermənistan Baş nazirinin 2020-ci il 10 noyabr tarixli bəyanatı bölgədə sülhün bərqərar olması və əməkdaşlığın yeni mərhələsi üçün mühüm bir mərhələdir.

 

Sahibə Qafarova xatırladıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev bəyənatın imzalanmasını yüksək qiymətləndirib və uzunmüddətli sülhün təmin edilməsi və bölgənin daha da inkişafı üçün bu sənədin əhəmiyyətini qeyd edib. Azərbaycan Prezidenti çıxışlarında müharibədən sonrakı dövrdə həm regional, həm də dost ölkələr üçün yeni əməkdaşlıq, rabitə, nəqliyyat dəhlizləri yaratmaq imkanı meydana gəldiyini vurğulayıb.

 

Çıxışında Milli Məclisin Sədri Ermənistan parlamentinin spikerinin fikirlərinə cavab olaraq bildirib ki, 44 günlük müharibə dövründə Ermənistan tərəfindən müxtəlif ölkələrdən terrorçular – Suriyadan, Livandan, bəzi Avropa dövlətlərindən etnik ermənilər münaqişə zonasına gətiriliblər. Azərbaycan öz ərazilərini təxribatçı qruplardan, silahlı dəstələrdən, terrorçulardan təmizləməyə nail oldu. Bununla da Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini faktiki olaraq özü yerinə yetirdi, ərazi bütövlüyünü, ədaləti bərpa etdi.

 

Spiker təəssüf hissi ilə qeyd edib ki, Ermənistan tərəfindən gizli şəkildə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə təxribatçı diversantların, terrorçuların göndərilməsi faktları mövcuddur. Bu da 10 noyabr tarixli bəyanatın Ermənistan tərəfindən kobud şəkildə pozulması deməkdir və bölgədə sülhü və təhlükəsizliyi pozmağa yönəlib. Ona görə də Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti və Müdafiə Nazirliyinin antiterror əməliyyatı zamanı tutulan təxribatçı, diversant qruplar hərbi əsirlər hesab edilə bilməzlər.

 

Xocalı soyqırımı barədə də görüş iştirakçılarına məlumat verən Sahibə Qafarova xatırladıb ki, 1992-ci ildə Ermənistan silahlı qüvvələri Azərbaycanın Xocalı şəhərində soyqırım aktı törədiblər. Dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib. 487 nəfər şikəst edilib, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qalıb. 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir.

 

Milli Məclisin Sədri daha sonra bildirib ki, Azərbaycan artıq üçtərəfli bəyanatdan irəli gələn bütün öhdəliklərini yerinə yetirib. Azərbaycan hökuməti 30 illik işğalın nəticələrinin aradan qaldırılmasına yönəlmiş əməli addımlara başlayıb və artıq bu istiqamətdə geniş proqramlar həyata keçirilməkdədir.

 

Görüşdə Türkmənistan Milli Şurası Məclisinin Sədri Gülşat Məmmədova,  Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının Sədri Valentina Matviyenko, Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının Sədri Vladimir Andreyçenko, Çin Xalq Respublikası Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin Sədri Li Çjanşu, Moldova Respublikası Parlamentinin Sədri Zinaida Greçanıy, Pakistan İslam Respublikası Parlamenti Senatının Sədri Məhəmməd Sadiq Sancrani, Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop, Tacikistan Respublikası Ali Məclisi Nümayəndələr Palatasının Sədri Mahmadtoir Zokirzoda Zoir, Özbəkistan Ali Məclisi Senatının Sədri Tənzilə Narbayeva, Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan, Qazaxıstan Respublikası Parlamenti Senatı Sədrinin müavini Nurlan Abdirov, Qırğızıstan Joqorku Keneşinin (parlamentinin) Sədrinin müavini Aida Kaysmaliyeva, Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının Sədri Nurdinjon İsmoilov çıxış ediblər. Həmçinin Yaponiya Parlamenti Nümayəndələr Palatasının Sədri Tadamori Oşima, Koreya Respublikası Milli Assambleyasının Sədri Pak Byon Syouq, Əfqanıstan İslam Respublikası Parlamentinin Yuxarı Palatasının sədri Məhəmməd Aləm İsədyar videomüraciəti dinlənilib.

 

Çıxışlarda müzakirə olunan məsələlərə toxunulub, gələcək əməkdaşlıqla bağlı fikirlər səsləndirilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Arif Quliyev ECMO cihazına qoşuldu 28 Aprel 2021, 19:18 Sahibə Qafarovadan Ermənistan parlamentinin spikerinə CAVAB 28 Aprel 2021, 19:10 Ermənilər unutmasınlar ki, qarşılarında böyük türk milləti var 28 Aprel 2021, 19:02 I sinfə qəbulla bağlı Çağrı Mərkəzi fəaliyyət göstərir 28 Aprel 2021, 18:55 Jurnalistlər Azıx mağarasında olub 28 Aprel 2021, 18:47 Azad edilmiş ərazilərdə inventarlaşmış torpaqların həcmi açıqlandı 28 Aprel 2021, 18:40 İlham Əliyevin Dünya İqtisadi Forumunun prezidenti ilə görüşdü - YENİLƏNİB 28 Aprel 2021, 18:32 Türkiyə və Türkmənistan prezidentlərinin telefon danışığı olub 28 Aprel 2021, 18:25 Bakıdan Ankaraya xüsusi aviareyslər açılır 28 Aprel 2021, 18:18 Ermənistan da Azərbaycanın aldığı vaksinlərdən SİFARİŞ VERDİ 28 Aprel 2021, 18:10 Azərbaycan ərazisində tapılan kimyəvi silahlar belə məhv ediləcək - QƏRAR 28 Aprel 2021, 18:05 Tənzilə Rüstəmxanlıdan “Mirələmov olayı”na və onun müdafiəçilərinə sərt REAKSİYA 28 Aprel 2021, 18:00 Dolların məzənnəsi sabit qaldı 28 Aprel 2021, 17:55 İlham Əliyev Dünya İqtisadi Forumunun prezidentini Azərbaycana dəvət etdi 28 Aprel 2021, 17:50 Nazir məktəb direktorunu işdən çıxardı - FOTO 28 Aprel 2021, 17:44 Biləcəri bələdiyyəsinə yeni sədr təyin olundu 28 Aprel 2021, 17:38 Binəqədidə Zərifə Əliyevanın anadan olmasının 98-ci il dönümü qeyd olunub 28 Aprel 2021, 17:32 Səs yazısı sızdırılan Zərifdən AÇIQLAMA 28 Aprel 2021, 17:26 Sabiq icra başçısı barədə HƏBS QƏRARI çıxarıldı 28 Aprel 2021, 17:20 Hüquq müdafiəçiləri Prezidentə müraciət etdi 28 Aprel 2021, 17:14 Medvedev Navalnını siyasi fırıldaqçı adlandırdı 28 Aprel 2021, 17:08 Ötən gün 15 mindən çox vətəndaşa vaksin vurulub 28 Aprel 2021, 17:02 Azərbaycanda yoluxma yenidən ARTDI 28 Aprel 2021, 16:56 Tanınmış jurnalist İctimai şuraların işini TƏNQİD ETDİ 28 Aprel 2021, 16:50 AZAL Türkiyənin bu şəhərlərinə uçuşları DAYANDIRIR 28 Aprel 2021, 16:45 Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə protokol imzalandı - FOTO 28 Aprel 2021, 16:40 Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri ölkənin xarici işlər naziri ilə görüşüb 28 Aprel 2021, 16:34 Şəmkirin sabiq icra başçısı məhkəməyə çıxarıldı 28 Aprel 2021, 16:28 SOCAR-ın Müşahidə Şurasında yeni təyinatlar oldu 28 Aprel 2021, 16:22 İlon Mask, Mark Zukerberq, Sergey Brin, Cek Ma... - Bu dühalardan bizdə də var... 28 Aprel 2021, 16:16 Yevlaxda ata 4 yaşlı ögey övladına işgəncə verdi 28 Aprel 2021, 16:11 Mövlud Çavuşoğlu BMT-nin Baş katibi ilə görüşdü 28 Aprel 2021, 16:06 Müəllimlərin işə qəbulu ilə bağlı yeni qərarlar QƏBUL EDİLDİ 28 Aprel 2021, 16:00 “Zərifə xanım Azərbaycanın səhiyyəsində silinməz iz buraxıb” 28 Aprel 2021, 15:56 Baş Prokurorluq Başlıbel faciəsi ilə bağlı BQXK-yə məlumat verdi 28 Aprel 2021, 15:52