Yunanıstan Kəşfiyyat Təşkilatının (EYP) hökumət üzvlərinə smartfonlardakı tətbiqlər vasitəsilə edilən danışıqlar və mesajların təhlükəsiz olmadığı barədə xəbərdarlıq göndərdiyi iddia edilib.
Gununsesi.info xəbər verir ki, “Kathimerini” qəzetinin məlumatına görə, Yunanıstan Kəşfiyyat İdarəsi hökumət üzvlərinə və yüksək rütbəli dövlət rəsmilərinə xəbərdarlıq göndərib. Məqalədə “Mobil telefonlarınızdakı məlum proqramlarla etdiyiniz söhbətlər təhlükəsiz deyil” ifadəsi yer alıb.
Qəzetin anonim mənbələrə əsaslanan xəbərində xəbərdarlıqda smartfonlardakı tətbiqlər vasitəsilə edilən danışıqların və mesajlaşmaların etibarlı sayılmaması lazım olduğu bildirilib və həssas mövzuların bu proqramlar vasitəsilə müzakirə edilməməsi vurğulanıb.
Yunanıstanda 2022-ci ildə yunan jurnalist Thanasis Kukakisin mobil telefonunda “Predator” adlı casus proqram aşkarlandıqdan sonra “dinləmə qalmaqalı” gündəmə gətirilib.
Yunanıstan mətbuatında dərc olunan xəbərlərdə keçmiş baş nazir Andonis Samaras, xarici işlər naziri Nikos Dendias və Baş Qərargah rəisi Konstandinos Floros da daxil olmaqla bir çox siyasətçi, bürokrat, jurnalist və iş adamının telefonlarının dinlənildiyi iddia edilib.
Gununsesi.info