“Xəbərləriniz düşmən bağrına xəncər kimi saplansın” – ELZA SEYİDCAHAN

  • By admin
  • 25 May 2017 12:19

18741233_10208676306654717_623551857_n

Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan Gununsesi.info-nu 1 yaşı münasibətiylə təbrik edib. 

Saytımıza ünvanladığı təbrik məktubunda o, Gununsesi.info-nun qısa zaman ərzində  Azərbaycanda  maraqla izlənən, yenilikçi xəbər portallarından birinə çevrildiyini deyib:

“Gununsesi.info-nun 1 yaşı tamam olsa da, artıq ölkədə və ondan kənarda öz auditoriyasını formalaşdırıb. Baxmayaraq ki, qədəmlərini yenicə atır, lakin ayaqlarını yerə möhkəm basıb. Fərqli adıyla, rəngarəng xəbərləriylə portal həqiqətən də günün səsinə çevrilib. Günün səsi eşidilməzsə, bizim səsimizə kim səs verər? Gununsesi.info-ya arzum budur ki, hər zaman oxucusuna sadiq qalsın, günün səsini qərəzsiz və obyektiv çatdırmaqda davam etsin. Allah bizi günün səsindən məhrum etməsin. Hər zaman bizə gözəl səslər, informasiyalar çatdırsın, şad xəbər gözləyən Vətənimizə qələbə müjdəsini yetirsin. Gözəl xəbərlərindən gözəlləşək, ruhlanaq,  biz də gözəl xəbərlər yaradaq ki, siz də bunu xalqa çatdırasınız. Bu gözəl xəbərləriniz düşmən bağrına xəncər kimi saplansın, torpaqlarımız mənfur qonşumuz erməninin pəncəsindən xilas olsun, xəbərini ilk siz yayasınız.  Xəbərləriniz Vətənimizə, dövlətimizə, xalqımıza uğur gətirsin. Belə gözəl xəbəri ilk olaraq paylaşmaq, çatdırmaq nəsibiniz olsun. Redaksiyanızda qoruduğunuz Azərbaycan Bayrağını Dağlıq Qarabağda, gözəl Şuşada dalğalandırasınız. Amin.

Hörmətlə,

Elza Seyidcahan

əməkdar artist, bəstəkar-müğənni