
Azərbaycanın tanınmış araşdırmaçı jurnalisti, keçmiş siyasi məhbus Xədicə İsmayıl uzun fasilədən sonra yenidən efirə qayıdıb.
Gununsesi.info-nun xəbərinə görə, tanınmış jurnalist “Toplum” TV internet kanalında siyasi proqram aparacaq.
Qeyd edək ki, uzun illər “Azadlıq” radiosunda çalışmış Xədicə İsmayıl həbsdən azadlığa buraxılandan sonra araşdırmalarla məşğul olub.
Gununsesi.info