XƏBƏR LENTİ

17 Fevral 2018

25 May 2016 - 17:54

Penitensiar xidmətdən Xədicə İsmayıl açıqlaması- ÖZƏL

Xadica

Hazırda jurnalistlər və vəkillər 4 saylı cəzaçəkmə müəssisənin qarşısına toplaşıblar. Gununsesi.info-nun əməkdaşının verdiyi məlumata görə, onlar araşdırmaçı-jurnalist Xədicə İsmayılovanın azadlığa buraxılmasını gözləyirlər. Lakin rəsmilər Ali Məhkəmədən müvafiq qərarın təqdim edilmədiyini əsas gətrirərək jurnalistin azadlığa buraxılmasını yubadırlar.

Gununsesi.info olaraq Penitensiar xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsi ilə əlaqə saxladıq. Xidmətdən bizə bildirdilər ki, jurnalistin işi ilə bağlı bütün məlumatlar onun vəkilinə təqdim edilib. Adının çəkilməsini istəməyən əməkdaş əlavə heç bir məlumat verə bilməyəcəyini söylədi.

Qeyd edək ki, bu gün məhkəmə Xədicə İsmayılovanın işindən kasassiya şikayətinə baxıb. Vəkillərin çıxışını dinləyən məhkəmə kollegiyası sonda onun azadlığa buraxılmasıyla bağlı müsbət qərar verib.