Xədicə İsmayılovanın məhkəməsi təxirə salınıb

  • By admin
  • 24 Avqust 2016 15:00

Xadica

Bu gün Səbail Rayon Məhkəməsində jurnalist Xədicə İsmayılın Bakı Şəhər Prokurorluğuna qarşı iddiası üzrə məhkəmə prosesi davam etdirilib.
Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə X. İsmayılova Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə həbs edildiyini, lakin sonradan məhkəmə tərəfindən bu maddə üzrə bəraət aldığını əsas gətirərək, həbsinə görə Bakı Şəhər Prokurorluğundan kompensasiya istəyib.
Proses sentyabrın 23-də davam etdiriləcək.

Gununsesi.info