İngiltərədə aparılan bir araşdırma süni intellektin nadir xərçəng növü olan retroperitoneal sarkomanın aqressivlik dərəcəsini təyin etməkdə mövcud üsullardan təxminən iki dəfə uğurlu olduğunu ortaya qoyub.
Gununsesi.info xəbər verir ki, süni intellekt xərçəngin erkən diaqnozunda inqilab edib. İngilis həkimləri bu xəstəliyin təyin olunmasında yeni bir zəmin yaradıblar.
Xərçəngin müalicəsində erkən diaqnoz son dərəcə əhəmiyyətli olsa da, İngiltərədə mütəxəssis həkimlərin süni intellektlə çalışması nəticəsində xərçəng diaqnozu adi gözlə görülməyən detalları müəyyən edərək, 82 faiz dəqiq nəticə verib. Laboratoriya analizlərində müvəffəqiyyət nisbəti 44 faiz olaraq qalıb.
Londondakı Royal Marsden xəstəxanası və Xərçəng Araşdırma İnstitutunun tədqiqatçıları bunun müalicəni yaxşılaşdıra və hər il minlərlə insana fayda verə biləcəyini söyləyib.
Mütəxəssislər digər xərçəng növlərinin erkən aşkarlanması potensialından da həyəcanlandıqlarını bildiriblər.
Süni intellekt döş xərçənginin diaqnozunda və müalicə müddətinin qısaldılmasında böyük potensial göstərir.
Gununsesi.info