Xərçəng xəstəsi olan rejissor evinə qayıtdı - FOTO

  • By admin
  • 10 Dekabr 2016 13:23

sahin

Uzun zamandır xərçəng xəstəliyinə qalib gəlməyə çalışan rejissor Şahin Zəkiyev müvəqqəti olaraq evinə qayıdıb.

Gununsesi.info xəbər verir ki, bir neçə kurs müalicə alan rejissoru həkimlər evə buraxıb. Bu haqqda Şahinin həyat yoldaşı məlumat verib. Bildirib ki, bu hələ son olmasa da Allaha şükür edirəm.

“Aylar çəkən, uzun sürən, çətin müalicədən sonra nəhayət ki, bu gün ailəmlə bir yerdə bir az əyləndik. Mənə bu yolda böyük dayaq olan Heydər Əliyev Fonduna təşəkkürümü edirəm. Hər birinizə dualarınıza, yazılan xoş sözlərinizə görə sağ olun. Mənim yanımda olan əsl sadiq dostlarıma, müalicə edən peşəkar həkimlərə təşəkkür edirəm. Allah hər kəsə öz ailəsi yanında qərar versin”.

Gununsesi.info