
“Yeşilçam” ulduzu Hülya Koçiyitin səhhətindən xəbər var.
Axşam.az-ın “Hürriyet”ə istinadən məlumatına görə, ötən həftə ağciyər xərçəngi diaqnozu qoyulan aktrisa ABŞ-ın Nyu-York şəhərində əməliyyat olunub. Koçiyit səhhəti ilə bağlı açıqlama verərək bildirib ki, ağrıları aktrisanı çıxılmaz vəziyyətdə qoyur:
“Hələ də xəstəxanadayam. Sakitləşdirici dərman veriblər, amma hələ də şiddətli ağrılarım var. Bir sözlə, sıxıntım çoxdur. Amma səbr və şükür edirəm”.
Gununsesi.info