XƏRÇƏNGDƏN NECƏ QORUNAQ?

  • By admin
  • 22 Mart 2021 21:32

Özümüzü xərçəngdən necə qoruyaq ? Təəsssüf ki xərçəngin hər bir növünü müalicə edəcək dərman hələ tapılmayıb.  Ancaq xəstəliyə təsir edəcək müəyyən dərmanlar var və xərçəngin müəyyən növlərinin vaxtında aşkar edildikdə müalicəsi mümkündür.

Bəs özümüzü xərçəngdən qorumaq üçün nə etməliyik ?

İlk öncə təmiz hava, təmiz su, təbii qida məhsulları, sakit həyat gərəkdir. Məhdud sayda kalori qəbulu – karbohidratlar və yağlar. Çox meyvə və tərəvəz qəbul etmək lazımdır, konservantları təzə qida məhsulları ilə əvəz edin.

Həddindən artıq qızardılmış ətdən və yağlardan imtina edin. Mütəmadi qidalanın, hədsiz  acı qida və qaynar içkilər qəbul etməyin.

Orqanizm tələb etdiyi qədər yatmaq və istirahət etmək vacibdir. Stress, qorxu və inamsızlıqdan uzaq olun. Bu amillər həmçinin  mədə xorası, hipertoniya, ürək-damar sistemi xəstəliklərindən də sizi qoruyacaq.

Siqaret və spirtli içkilərdən çox istifadə etməyin. Mümkün qədər dərman qəbulunu azaltmaq gərəkdir. Həmçinin bir neçə dərmanı eyni zamanda qəbul etməyin.

Qidanızda dəyişiklik edin. Uzun müddət eyni qida qəbul etməyin. Həddindən artıq yeməyin. Duz istifadəsini azaldın.

Spirtli içkiləri az qəbul edin. Çox siqaret çəkməyin.

Gün vannasından, zaqar, sui-istifadə etməyin. Özünüzü çox yormayın və tez-tez çimin, duş qəbul edin. Xərçəngdən qorunmaq üçün bunları edin.

Sağlam olun!

Gununsesi.info