Son zamanlar xərçəngdən həyatını itirənlərin sayı durmadan artır. Xərçənglə guya mübarizə aparan dərman şirkətlərinin sayı artsa da, əldə etdikləri qazanc milyardlar olsa da, bu dərmanlar xəstələrin həyatını qurtarmaqda acizdir.
Gununsesi.info-nun xəbərinə görə, xərçəngin qarşısını almaq üçün ən güclü mübarizə doğru qidalanmadır. Araşdırmaçı alimlərin bu sahədə gəldiyi qənatə görə, əgər insanlar doğuşdan nə yediklərinə diqqət etsələr, bu xəstəliyə heç vaxt düçar olmazlar.
Belə ki, xərçəngin qarşısını alan qidaların möcüzəvi gücündən yararlanmaq vacibdir. Əslində, çox da bahalı olmayan bu qida məhsulları hər birimizin evində var. Əgər ailədə uşaqlar doguşdan bu qidalarla vaxtlı-vaxtında qidalanmağa vərdiş edilərlərsə, bir ömür mənfur xəstəlik onlara yaxın düşməz.
Beləliklə, Gununsesi.info xərçənğin qarşısını alan bitkiləri təqdim edir.
Üzüm
Xərçəng hüceyrələrinin toksin təsirini məhv etdiyi üçün böyümələrinə mane olan üzüm sağlam hüceyrələrin də qorunmasını təmin edir. Bir çox araşdırmalar üzüm çəyirdəyinin xərçəng növlərinə qarşı qoruyucu təsir göstərdiyini təsdiqləyib. Üzümün meyvəsi, tumu və şirəsi dəridə, eləcə də döşdə xərçəngin yaranma riskini azaltmaq üçün çox faydalıdır.
Soya lobyası
Bir çox xəstəlikdə olduğu kimi xərçəngdən qorunmaq üçün də düzgün qidalarla sağlam və nizamlı qidalanmaq vacib rol oynayır. Xərçəngə qarşı qidalara isə soya lobyası başçılıq edir. Xüsusən də, soya estrogen hormonuna olan təsiri ilə sidik kisəsi xərçənginin qarşısını almaq gücünə malikdir. Yapon alimləri sübut edib ki, soya əsaslı zülal yeyən insanların mədə xərçənginə tutulma riski daha aşağıdır. Lakin döş xərçəngi olan insanlar estrogen təsirli olduğu üçün soyadan uzaq durmalıdırlar.
Yaşıl çay
Polifenol tərkibli yaşıl çay xüsusən xərçəngə qarşı qoruyucu təsiri ilə məşhurdur. Yaşıl çayın mədə və bağırsaq xərçənginə qarşı müsbət təsiri də hər kəs məlumdur. Xərçəng böyümələrinin yavaşlanması və yayılmasına olduqca yaxşı təsir edən tərəfləri də sübut edilib.
Brokoli
Brokoli çiy yeyildiyi zaman acı dad versə də, bu dadın xərçəngə qarşı qoruyucu təsiri var. Sütun və prostat xərçəngi riskini azaldır.
Balıq
Farel, sardelya kimi bir çox balıq növlərində olan Omega 3 göz və beyin hüceyrələrinin qorunması üçün təsirli gücə malikdir. Bir çox araşdırmalar döş, prostat və bağırsaq xərçənglərinə qarşı qoruyucu təsir göstərdiyini də sübut edib.
Soğan-sarmısaq
Soğan tərkibində olan “organosulfur” ilə birlikdə bir çox xərçəng növünə qarşı qoruyucu təsirə malikdir. Soğan qədər sarımsaq da xərçənglə mübarizədə təsirli qidadır. Tərkibindəki A və C vitaminləri, az miqdarda olan kalsium, potasium, kükürd və sink kimi mineralları sayəsində sarımsaq dəri, sütun, ağciyər xərçəngi və leykoza qarşı qoruyucu təsirə malikdir.
Naringi
C vitamini tərkibli olan naringi antioksidan təsiri ilə xərçəngə qarşı qoruyucu gücə malik qidadır. Gündə iki dənə yeyilən naringi xərçəngin qarşısını ala bilər.
Limon
Yüksək antioksidan tərkibi olan limon qabığı nazik soyulub yeyildikdə xərçəngə qarşı qoruyucu gücünü daha çox nümayiş etdirir. Xüsusən də qaraciyər, ağciyər, mədə və dəri xərçənginə qarşı qoruyucu təsir göstərərək döş və pankreas vəzi xərçənginin müalicəsi zamanı qidalanma proqramına daxil edilir.
Kətan toxumu
Döş xərçəngi olan xəstələrin kətan toxumu yeməsi məsləhət deyil. Lakin dəri xərçəngi və bu kimi xərçəng növlərinin yayılmasının qarşısını alır.
Brüssel kələmi
Yüksək lif tərkibi olan brüssel kələmi başda sütun xərçəngi olmaqla qaraciyər və ağciyər xərçəngi kimi bir çox xərçəng növlərinə qarşı qoruyucu gücə malikdir. Toxumalarda şişin böyüməsinin qarşısını alan qidalar sırasındadır.
Xərçəngdən özünüzün və sevdiklərinizin həyatını qorumaq istəyirsinizsə, bu qidaları müntəzəm qəbul edin.
Gülnaz Qənbərli
Gununsesi.info