“Neft-qaz pulları sona çatır. Yavaş-yavaş tarixi zəmanə yekunlaşır. Artıq Azərbaycan prezidenti xərclərə qənaət üçün ayrıca fərman da verib. Hökumətin isə xərclərə qənaət tədbirləri düzgün deyil”.
Bunu Gununsesi.info-ya açıqlamasında siyasətçi İlqar Məmmədov deyib.
O, bildirib ki, Azərbaycan hökumətinin qənaət siyasəti vətəndaşın itkisi hesabına olmamalıdır: “Amma görünən budur ki, hökumət qənaət imkanlarını yanlış yerdə axtarır. Bu qənaət insanların həqiqi ehtiyaclarından kəsilməklə edilir. Məncə çıxış yolu bu deyil. Azərbaycan hökuməti zərərli beynəlxalq tədbirlərə milyonlar xərcləyir. Bu pulları ksəmək lazımdır”.
Afət Abbasova
Gununsesi.info













