Xəstə Milli Onkologiya Mərkəzinin 5-ci mərtəbəsindən atdı - İNTİHAR

  • By admin
  • 11 Noyabr 2016 11:55

onkologiya

Ağır xəstəlikdən əziyyət çəkən kişi Bakıda müalicə olunduğu xəstəxananın 5-ci mərtəbəsindən özünü ataraq intihar edib.

Gununsesi.info xəbərinə görə, Milli Onkologiya Mərkəzində müalicə olunan Yevlax rayon sakini 1955-ci il təvəllüdlü Arif Əliyev özünü xəstəxanasının 5-ci mərtəbəsindən yerə atıb.

Ağır xəsarət alan A.Əliyev orada ölüb.

Məlumata görə, o, xərçəng xəstəliyindən əziyyət çəkdiyində görə xəstəxanaya yerləşdirilibmiş. Güclü ağrılara dözməyən A.Əliyev intihar edib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info