“Xəstələnəndən sonra hamı ilə əlaqəni kəsmişdi…” -VİDEO

“Ramiz müəllim son vaxtlar xəstələnəndən sonra demək olar ki, hamı ilə əlaqəni kəsmişdi. Neçə dəfə nömrəsinə zəng eləmişdim, zəng çatmamışdı. Sonra mesaj gəlirdi ki, şəbəkəyə qayıdıb, amma heç vaxt geri dönmürdü”.

Gununsesi.info xəbər verir ki, bunu Əməkdar artist Dilarə Əliyeva mərhum Xalq artisti Ramiz Novruzla evində keçirilən vida mərasimində bildirib.

HTML tutorial

D. Əliyeva qeyd edib ki, Ramiz Novruz onun yadında həmişə zarafatları ilə qalacaq: “Çox təəssüf edirəm ki, Ramiz müəllim kimi böyük sənətkarımızı itirdik. Gözlərimizə, qulaqlarımıza inana bilmirik.

Deyirdi ki, ay Dilarə, fikir vermisən, seriallarda, filmlərdə sonda alınmayan kadrları verirlər. Guya o birilər alınıb. O mənim yadımda zarafat edən, gülən üzü ilə qalacaq”.

***

Xalq artisti Hacı İsmayılov isə vida mərasimində Ramiz Novruzun vəfatını Azərbaycan mədəniyyəti, teatr sənəti üçün çox böyük itki adlandırıb: “Ramiz Novruz çox böyük yaradıcılıq yolu keçib, tamaşaçıların, xalqın sevincini qazanıb. Bu isə hər sənətkara qismət olmur. Onun əziz xatirəsi həmişə bizim qəlbimizdə yaşayacaq”.

***

Xalq artisti Qurban İsmayılov da mərhum sənətkarla bağlı başsağlığı verib: “Ramiz Novruz çox gözəl insan idi. Allah rəhmət eləsin, çox böyük itkidir”.

Hüseyn Məmmədsalahov

Gununsesi.info