Xəstəliyinə dözmədi özünü asdı - İNTİHAR

  • By admin
  • 02 İyul 2016 14:46

Intiharrr

 

Tovuz rayonunda intihar hadisəsi baş verib. Gununsesi.info Daxil İşlər Nazirliyinin rəsmi internet saytına istinadən xəbər verir ki, hadisə Tovuz rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Məlumata görə, 1959-cu il təvəllüdlü Manaf Məmmədov yaşadığı evin həyətindəki ağacdan özünü asaraq intihar edib

İlkin versiyaya görə, onun intihar etməsinin səbəbi uzun sürən xəstəlikdən əziyyət çəkməsi olub.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info