Xəstəni təcili tibbi yardımla özəl xəstəxanaya 5-6 min manata aparırlar - DEPUTAT

  • By admin
  • 05 Dekabr 2023 13:14

“Bu gün xəstəni təcili yardım maşını ilə özəl xəstəxanalara aparmaq üçün vətəndaşdan təxminən 5-6 min manat depozit istənilir. Özəl müəssisələr üçün başadüşülən olsa da, bu, adi insanlar üçün böyük vəsaitdir”.

Gununsesi.info  verir ki, bunu Milli Məclisin deputatı Rüfət Quliyev dekabrın 5-də parlamentin plenar iclasında çıxışı zamanı deyib.

“Həmin məbləğin bir çoxu da icbari tibbi sığorta ilə qarşılanmır. Ona görə də gərək dövlət xəstəxanlarına daha çox önəm verək. Həmin xəstəxanalar da yeni avadanlıqlarla sürətli şəkildə təchiz olunmalıdır”.

 

Gununsesi.info