Xəstənin mədəsindən 3 illik dəsmal çıxdı

  • By admin
  • 28 Noyabr 2017 22:09


Türkiyədə həkimlər xəstənin mədəsindən üç il əvvəl unudulmuş dəsmal çıxarıblar.

Gununsesi.info xəbər verir ki, bu barədə “Doğan” xəbər agentliyi məlumat yayıb.

“Üç il əvvəl pasientimi Avropada əməliyyat ediblər. O, son zamanlar mədə ağrısından və ürəkbulanmasından gileylənirdi. Tomoqrafiya nəticəsində qadının mədəsində yad cisimlərin olduğu aşkarlanıb. Onun mədəsindən dəsmal və yad cismlər çıxarılıb”, – deyə xəstəni əməliyyat edən həkim bildirib.

Gununsesi.info