Xəstənin mədəsindən kilo yarım qəpik çıxdı - Əməliyyat

Hindistanın Karnataka ştatının Baqalkot şəhərinin həkimləri maraqlı əməliyyat həyata keçirib. Belə ki, nadir xəstəlik diaqnozu qoyulan xəstənin mədəsindən udduğu 187 sikkə çıxarıblar.

Gununsesi.info xəbər verir ki, bu barədə “The Hindu” məlumat yayıb.

HTML tutorial

Bildirilir ki, Linqasuqurdan olan 58 yaşlı Dyamappa Harijan PİK xəstəliyindən əziyyət çəkirmiş. Bu, yeyilməz əşyaları yemək üçün obsesif istəyin formalaşdığı bir yemək pozuqluğudur.

Kişinin yaxınları onun mədəsində kəskin ağrı şikayətləri ilə Baqalkot şəhərindəki xəstəxanaya gətiriblər. Həkimlər rentgen və endoskopiya aparıb və xəstənin qarnında yad cisimlər aşkar edilib. Mütəxəssislər hindlinin mədəsindən ümumi çəkisi bir kiloqram yarım olan müxtəlif nominallı sikkələr çıxarıblar.

Gununsesi.info