Xəstəxanada baş verən yanğın 41 nəfərin həyatına son qoyub

  • By admin
  • 04 Fevral 2018 11:08

Cənubi Koreyanın Milyan şəhərində xəstəxanada baş verən yanğın nəticəsində ölənlərin sayı 41-ə çatıb.

Gununsesi.info xəbər verir ki, daha 150 nəfər xəsarət alıb. Daha əvvəl 37 nəfərin öldüyü, 143 nəfər isə xəsarət aldığı bildirilirdi.

Qeyd edək ki, yanğın yanvarın 26-sı Kyonsan-Namdo əyalətinin Milyan şəhərində yerləşən 5 mərtəbəli xəstəxananın birinci mərtəbəsində başlayıb. Yanğına səbəb elektrik naqillərinin alışması ola bilər.

Gununsesi.info