
Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonu, Sulutəpə qəsəbə sakini, 2007-ci il təvəllüdlü Səccad Mircəfər oğlu Əyyubzadənin vəziyyəti qəfil pisləşib və o, xəstəxanaya yerləşdirilib. 313 saylı orta məktəbin 4-cü sinfində oxuyan S.Əyyubzadə həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.
Faktla əlaqədar cinayət işi açılıb.
Gununsesi.info-nun məlumatına görə, dünyasını dəyişən uşağın atası Mircəfər Əyyubzadə Təzəpir məscidinin axundudur.
Gununsesi.info