Xəstəxanada olan İrəm Dericidən xəbər var

  • By admin
  • 24 Sentyabr 2017 11:39

134291_8nunw6f8o5
Ötən günlərdə xəstəxanaya aparılan və reanimasiyaya yerləşdirilən İrəm Dericidən yeni xəbər var.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bağırsaq mikrobuna yoluxan müğənni pərəstişkarlarını intizarda saxlamayıb. O, sosial şəbəkədə paylaşım edərək, onun üçün dua edənlərə təşəkkürünü bildirib:

“Reanimasiyada 16 gün: peşmanlıq, tənhalıq, boynubüküklük, sonu gəlməyən, süründürən ağrılar. Sevənlərimi incidə bilmərəm. Hər gün bir az da sağalmağıma səbəb Allaha etdiyiniz dualardandır”.

 

Gununsesi.info