
Pakistanın Pəncab əyalətində xəstəxanada partlayış baş verib.
Gununsesi.info xəbər verir ki, insident Attok şəhərində qeydə alınıb.
İlkin məlumata əsasən, xəstəxanada qaz balonu partlayıb. Hadisə nəticəsində ikisi uşaq olmaqla 6 nəfər ölüb, 10-dan çoxu yaralanıb.
Binanın qismən uçduğu bildirilir. Dağıntılar altında insanların olduğu ehtimal edilir.
Gununsesi.info