Xəstəxanada rəzalət - REANİMASİYADAKI XƏSTƏNİ ƏLƏ SALDILAR - VİDEO

  • By admin
  • 21 Sentyabr 2017 16:56

05

Türkiyənin Sakarya bölgəsində fəaliyyət göstərən özəl xəstəxanalardan birində biabırçı hadisə baş verib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərdə aydın görünür ki, xəstə baxıcıları xəstəxananın reanimasiya şöbəsində müalicə alan xəstəyə siqaret və alışqan verirlər.

Belə ki, həmin anlar isə digər xəstə baxıcı tərəfində mobil telefonla lentə alınıb. Daha sonra xəstə baxıcıları adı açıqlanmayan şəxsi ələ salmağa başlayıblar.

Görüntülərdə xəstə baxıcılarından biri yaşlı adama “Siz siqaret çəkirdinizmi?” sualını verir. Yaşlı adam xəstə baxıcı tərəfində ələ salındığını başa düşdükdən sonra, onları təhqir edərək siqareti yerə atır.

Qeyd edək ki, məhz sosial şəbəkədə yayılan görüntülər Türkiyədə böyük əks-səda doğurub, xəstə baxıcısı isə tənqid atəşinə tutulub.

Gununsesi.info həmin görüntüləri sizə təqdim edir:

https://youtube.com/watch?v=xgEQtQCEgE0

Anar

Gununsesi.info