Xəstəxanada SKANDAL: Öldü dedikləri qadın morqda dirildi

  • By admin
  • 22 Fevral 2024 10:38

Mərkəzi Amerika ölkəsi Qvatemalada ilginc hadisə baş verib.

Gununsesi.info xəbər verir ki, həkimlər ölkənin paytaxtı Qvatemaladakı San Juan de Dios xəstəxanasına aparılan adı açıqlanmayan gənc qadını təxminən 30 dəqiqə müalicə edib. Lakin sonra gənc qadın ölüb.

Həkimlər onu da açıqlayıblar ki, “ağır qidalanma pozğunluğu” əlamətləri olan gənc qadın əvvəllər çoxlu qıcolmalar və serebral iflic keçirib. Onlar monitorlara qoşulan gənc qadının nəfəs alması və beyin fəaliyyətinin bərpa edilməməsinəticəsində dünyasını dəyişdiyini açıqlayıblar.

Morqa aparılan qadın 5 saat sonra oyanıb. Bu vəziyyət xəstəxana işçilərini təşvişə salarkən, morq işçiləri qadının sağ olduğunu göstərmək üçün cəsəd torbasında olan qadını xərəkdə xəstəxananın ətrafına aparıblar.

Vəziyyətin morqdakı patoloqların gənc qadının bədənində qeyri-ixtiyari hərəkətləri müşahidə etməsindən sonra reallaşdığı da açıqlanıb. Gənc qadının yenidən təcili yardıma aparıldığı bildirilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

 

Gununsesi.info