Xəstəxanadan qaçan şəxs İTKİN DÜŞDÜ

  • By admin
  • 12 Fevral 2018 11:52
Bakıda xəstəxanadan qaçan şəxs itkin düşüb.
Gununsesi.info “report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasında qeydə alınıb.
Məlumata görə, orada müalicə olunan 1987-ci il təvəllüdlü Cəfərov Nizami xəstəxanadan qaçıb və itkin düşüb.
Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.
Gununsesi.info