Xəstəxanalar hazır vəziyyətə gətirildi: Müharibə başlayır

Livan hakimiyyəti bir sıra nazirliklərə və xəstəxanalara İsraillə mümkün münaqişənin başlanması halında yüksək hazırlıq vəziyyətində olmağı əmr edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Bloomberg” vəziyyətlə tanış olan rəsmiyə istinadən yazıb.

“Livan hökuməti bir sıra nazirliklərə və xəstəxanalara müharibə vəziyyətində yüksək hazırlıq vəziyyətində olmaları barədə göstəriş verib”, – deyə mənbə agentliyə bildirib.

“Bloomberg”-in qeyd etdiyi kimi, İsraildə Livan “Hizbullah” hərəkatına qarşı ritorika daha “döyüşkən” xarakter alıb. Agentlik əlavə edir ki, İsrail “Hizbullah”ı sərhəddən çəkilməyə məcbur etdiyi üçün diplomatik həll üçün vaxt daralır.

 

 

Gununsesi.info