Xəstəxanaya buraxılmayan hamilə qadın küçədə uşaq dünyaya gətirdi

  • By admin
  • 05 Fevral 2021 23:28
Xəstəxanaya qəbul edilməyən qadın küçədə uşaq dünyaya gətirdi

Meksikada xəstəxanaya qəbul edilməyən 29 yaşlı hamilə qadın küçənin ortasında doğuş edib.

Sözügedən xəstəxana rəhbərliyi artan koronavirus halları səbəbi ilə xəstəxanada yer olmadığı üçün qadını içəri buraxmayıb.

Oaxaca əyalətindəki xəstəxanaların birirndə qeydə alınan görüntülərdə bir qrup həkimin doğuş keçirən qadının yanına gəldiyi və doğuşa kömək etdikləri görülüb.

Doğuşdan sonra yenidoğulan uşaq yorğana bükülərək xəstəxanaya aparılıb.

Gununsesi.info