Xəstəxanaya düşən prezidentin səhhəti normallaşmaqdadır.
Gununsesi.info xəbər verir ki, Nyu-Yorka səfər edərkən yoldə səhhətində problem yaranan Qırğızstan prezidenti Almazbek Atambayevin təyyarəsi İstanbul Hava Limanında eniş edib və o, təcili xəstəxanalarından birinə yerləşdirilib.
Qırğızstan Prezidentinin mətbuat katibliyindən verilən məlumata görə, hazırda ölkə başçısının səhhəti normaldır: “Onun səhhəti normal olsa da, hələlik Türkiyədədir və müalicə alır. Səhhətinin normal olması ilə bağlı artıq prezident özü də məlumat verib”.
Prezident Adiminstrasiyasından verilən məlumata görə, Almazbek Atambayev səhhətində yaranmış problemlə bağlı oktyabrın 1-dək qısamüddətli məzniyyət götürüb.
Gununsesi.info