ABŞ-da donuz ürəyi köçürülən xəstə 6 həftə sonra bədəni orqanı rədd etdikdən sonra dünyasını dəyişib.
Gununsesi.info xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələri veteranı Lourens Faucette 6 həftə geni dəyişdirilmiş donuz ürəyi ilə yaşadıqdan sonra ölüb.
Merilend Universiteti Tibb Məktəbində dəyişdirilmiş donuz ürəyi transplantasiyası alan ikinci xəstə olan Lourens Faucettenin əməliyyatdan sonra vəziyyətinin yaxşı olacağına ümid edilirdi. Ürək xəstəliyindən ölmək üzrə olan 58 yaşlı Faucettenin sağalmasında ciddi irəliləyiş olduğu bildirilib.
Ancaq Faucette yeni ürəyi ilə yalnız 6 həftə yaşaya bilib. Son günlərdə Faucettenin ürəyində orqan rəddinin ilk əlamətləri görünməyə başladığı bildirilir.
Fakültənin direktoru Dr. Bartley Griffith bildirib ki, “Fausettin son arzusu o idi ki, təcrübələrimizdən öyrəndiklərimizdən maksimum istifadə edərək, başqalarına orqan tapılmadıqda yeni ürək köçürmək şansı verək”.
Eyni xəstəxanada ilk dəfə donuzdan insana ürək transplantasiyası əməliyyatını keçirən David Bennett iki ay yaşayıb.
Gununsesi.info