Xətai rayonunda 4 otaqlı mənzil yanıb

  • By admin
  • 11 Aprel 2017 22:14

yangin

Bakıda yanğın olub.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 m2 olan dördotaqlı mənzildə baş verib.

Nəticədə mənzilin 1 otağının yanar konstruksiyaları 3 m2 sahədə və 1 ədəd kondisioner yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Gununsesi.info