
Hadisə Türkiyənin Konya şəhərində baş verib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, ərinin başqa qadınla yaşadığını öyrənən qadın həmin mənzilə gedərək onunla mübahisə etməyə başlayıb. Tezliklə davaya çevrilən mübahisə kişinin ölümü ilə nəticələnib.
Qadın ərini ürəyindən yaralayıb. O, bədbəxt hadisəni törətdikdən sonra dərhal təcili tibbi yardım çağırıb.
Həkimlərin müdaxiləsinə baxmayaraq, 2 uşaq atasının həyatını xilas etmək olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info