Xəzər dənizi sahillərində yüzlərlə suiti ölüsü aşkar olunub

  • By admin
  • 16 Noyabr 2016 23:12

d4a774f6-055b-4388-8cd1-bd97d9178bfd_292

 

Xəzər dənizində uzunsürən qasırğalar nəticəsində yüzlərlə suiti ölüb.

Gununsesi.info xəbər verir ki, bu barədə çərşənbə günü Rusiya Balıqçılıq üzrə Federal Agentliyinin Qərbi-Xəzər Ərazi İdarəsinə istinadən “İnterfax” məlumat yayıb.

“İlkin rəyə görə, Xəzər dənizinin Dağıstan sahilləri boyunca aşkar olunan 300-dən çox suiti, uzunsürət qasırğalar nəticəsində ölüb. Mütəxəssislər müəyyən ediblər ki, bunlar, əsasən yaşlı suitilər olublar və qasırğalar onların təbii ölümünü sürətləndirib”, – deyə idarədən bildirilib.

 

Gununsesi.info