Xəzər dənizində 3 bal gücündə zəlzələ oldu

  • By admin
  • 15 Aprel 2017 10:46

zelzele

Aprelin 14-də Xəzər dənizində 3 bal gücündə zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Gununsesi.info-ya bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 00:03-də qeydə alınıb.

Episentri 62 km dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

Gununsesi.info