
Bu gün səhər saatlarında Xəzər dənizində zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, yerli vaxtla saat 07:45-də Xəzər dənizində 3,5 maqnitudalı zəlzələ qeydə alınıb.
Zəlzələ ocağı 46 km dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.