Xəzər dənizini hasarlasaq da, onun çirklənməsinin qarşısını ala bilmərik - VİTSE-SPİKER

  • By admin
  • 31 Oktyabr 2017 12:58

“Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Dövlət Neft Şirkəti ilə Azərbaycan (ACG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Şevron Xəzər, Ltd., Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kaspian Si, Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan)  İnk., ONGC Videş Limited, Statoyl Abşeron AS, Türkiyə Petrolleri A.O. arasında sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi müzakirə edilib. 

Gununsesi.info xəbər verir ki, müzakirələr zamanı çıxış edən millət vəkili Vahid Əhmədov ilk olaraq Bakı-Tbilisi-Qars (BTQ) dəmiryol xəttinin istismara verilməsini Azərbaycanın tarixi qələbəsi kimi dəyərləndirib. O qeyd edib ki, sözügedən layihənin reallaşmaması üçün erməni lobbisi ciddi təzyiqlər göstərirdi. Lakin buna baxmayaraq, dəmiryolu xətti fəaliyyətə başladı: “Sübut olundu ki, Azərbaycan müstəqildir və müstəqil siyasət yeridir”. O qeyd edib ki, BTQ kimi layihələrin həyata keçirilməsi çox önəmlidir.

Əli Məsimli isə bildirib ki, adıçəkilən layihə Azərbaycanın 150 milyard dollar vəsait qazanmasına imkan verir: “Bu Azərbaycan üçün böyük rəqəmdir. Əsrin müqaviləsinin imzalanmasından sonra Xəzərin karbohidrat yataqları dünyaya açıldı. Əgər əvvəllər yataqda 500 milyon ton cibvarında deyilirdisə, indi bu rəqəm 1 milyard ton altında göstərilir. Bu çox yaxşı göstəricidir. Ona görə də dünya neft şirkətləri bu layihədə iştiraka maraq göstərirlər”.

Milli Məclisinin vitse-spikeri Valeh Ələsgərov Vahid Əhmədovun qaldırdığı ekoloji problemlərlə bağlı məsələlərə reaksiya verərək bildirdi ki, zamanında BP-nin müzakirələrində iştirak etməyib və onlardan xəbərdir: “Amma bir şey deyim ki, BP yox, kimi olur olsun, Volqa çayı və digər çaylardan gələn çirkab olduğu kimi qalarsa və təmizlənməzsə, Xəzər dənizində 400 kvadratmetr ərazisini hasarlasaq da dənizin ekologiyası dəyişməyəcək”.

O eyni zamanda, əlavə edib ki, sənəddə yatağın işlənməsi ilə bağlı qeyd edilən kapital haqında indidən konkret fikir söyləmək mümkün deyil: “Bu prosesin gedişindən asılı olacaq. Ancaq onu deyə bilərəm ki, burada  Azərbaycanın maraqları qorunub. Xərcləri kim desə ki, bilirəm yalandır. Belə bir layihədə 33 deyən də düz deyir, 40, 45 deyən də düz deyir”.

Mürtəza

Gununsesi.info