Keçirilməsi artıq ənənə şəklini almış “Beynəlxalq dəniz günü” ölkəmizdə də hər il “Xəzər həftəsi” adı altında müxtəlif kütləvi tədbirlərlə qeyd olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Ekologiya vəTəbii Sərvətlər Nazirliyi tərəfindən “Xəzər həftəsi”nin keçirilməsi məqsədi ilə hazırlanmış müvafiq tədbirlər planına əsasən 30sentyabr 2017-ci iltarixində ETSN-nin müvafiq qurumlarının əməkdaşları, yerli icra strukturları, bələdiyyələr və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Buzovna qəsəbəsi ərazisində Xəzər dənizinin sahil zolağında iməclik keçirilib.
100 nəfərdən artıq adamın iştirak etdiyi iməclikdə Xəzər dənizinin sahil zolağının 3 hektar ərazisi 10 m3-dən artıq bərk məişət və digər növ tullantılardan təmizlənib.
Qeyd edək ki, “Xəzər həftəsi” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilən bütün tədbirlər dənizin ekoloji cəhətdən saflığının və davamlılığının qorunmasına, onun sərvətlərinin mühafizə olunmasına, eyni zamanda ictimaiyyətin maarifləndirilməsinə yönəlib.
Anar
Gununsesi.info