VİDEO


Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif



Sentyabr 2017
BE ÇA Ç CA C Ş B
« Avq    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

XƏBƏR LENTİ

21 Sentyabr 2017

17 İyul 2017 - 15:44

Xəzər dənizinin statusu üzrə yekun sənəd 80 faiz razılaşdırılıb- ELMAR MƏMMƏDYAROV

elmar

Xəzərin statusu ilə bağlı yekun sənəd 80 faiz razılaşdırılıb, tərəflər arasında dialoq və qarşılıqlı anlaşma mühiti yaranıb.

Gununsesi.info trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarisi işlər Naziri Elmar Məmmədyarov “RİA Novosti” agentliyinə müsahibəsində deyib.

Nazir deyib: “Xəzərin hüquqi statusunun müəyyən edilməsi üçün xarici işlər nazirlərinin müavinləri səviyyəsində İşçi Qrup yaradılıb. Yekun sənədin təxminən 70-80 faizi artıq razılaşdırılıb”.

Nazirin sözlərinə görə, Xəzər dənizi – “ayıran deyil, birləşdirən sərvətdir”.

E.Məmmədyarov əlavə edib: “Müsbət amildir ki, Xəzəryanı dövlətlər addım-addım cəhdlərini birləşdirərək, məsələnin həllinə yaxınlaşıblar. Baxmayaraq ki, dənizin hüquqi statusu hələ müəyyən edilməyib, Xəzərin flora və faunasının qorunması, fövqəladə hallarda qarşılıqlı fəaliyyət, terrorizmə qarşı mübarizə kimi məsələlərdə hüquqi baza formalaşdırılıb. Məhz bu baza bizə imkan verir ki, hüquqi status məsələsinin müəyyən edilməsi istiqamətində irəliləyişə nail olaq”.

Qeyd edək ki, Xəzəryanı dövlətlər – Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan və İran 2003-cü ilin noyabrında Xəzər dənizinin dəniz mühitinin mühafizəsi üzrə çərçivə sazişi imzalayıblar.

Gununsesi.info




loading...
Loading...