Xəzər İbrahim səfir vəzifəsindən geri çağırıldı

Xəzər Zafir oğlu İbrahim Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Gununsesi.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

HTML tutorial

Qeyd edək ki, Xəzər İbrahim 2007-2009-cu illərdə Azərbaycan Xarici İşlər Nazirliyində mətbuat katibi, 2009-2011-ci illərdə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında səfirliyinin müşaviri vəzifələrində çalışıb. O, həmçinin 2011-2017-ci illərdə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyin başçısı vəzifəsində işləyib.