Xəzər sahilində naməlum kişi meyiti tapılıb

  • By admin
  • 18 Fevral 2017 09:20

meyid

Fevralın 17-də saat 17:20 radələrində Qaradağ rayonunun Pirsaat ərazisində sahil nəzarəti həyata keçirən sərhəd naryadı tərəfindən Xəzər dənizinin səthində sahildən 1 mil aralı məsafədə meyit müşahidə olunub.

Dövlət Sərhəd Xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində təqribən 45-50 yaşlı kişi meyiti sahilə çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info