Xəzər TV-nin əməkdaşı sərbəst buraxıldı

Xəzər TV-nin əməkdaşı sərbəst buraxıldı

Lənkəranda polis tərəfindən ötən gün saxlanılan “Xəzər” televiziyasının Cənub bölgə müxbiri Ələkbərov Elvin Habil oğlu sərbəst buraxılıb.

Gununsesi.info lent.az-a istinadən xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəis müavini Faiq İlyasovun göstərişi ilə Mərkəzi Xəstəxanada əri tərəfindən döyülərək öldürülən qadınla bağlı çəkiliş edərkən saxlanılan jurnalist bu gün buraxılıb.

Qeyd edək ki, ötən gün rayonun Rvo kənd sakini 1967-ci il təvəllüdlü Qafarova Marifə Vəli qızı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstənin yaxınları M.Qafarovanın yıxılaraq xəsarət aldığını bildirsələr də, sonradan qadının həyat yoldaşı tərəfindən döyüldüyü məlum olub. Bir neçə gün ev şəraitində müalicə olunan qadın daha sonra tibbi müəssisəsinə gətirilib və orada ölüb.

Gununsesi.info

COMMENTS