Xəzər Universiteti yenə birinci oldu

  • By admin
  • 08 İyun 2017 18:06

images-1

2017-ci il iyunun 8-də QS beynəlxalq reytinq təşkilatı dünya üzrə ali təhsil müəssisələrinin 2017-ci il üçün reytinqini müəyyənləşdirib.

Bu barədə Günunsesi.info-ya Xəzər Universitetinin İctimaiyyətlə əlaqələr və media üzrə rəhbəri Əlövsət Əmirbəyli məlumat verib.

Onun sözlərinə görə, keçirilən sorğunun nəticəsinə uyğun olaraq Xəzər Universiteti dünyanın 26000 universiteti arasında reytinq cədvəlində 714-cü  yerdə qərarlaşıb ki, bu da çox yüksək göstəricidir.

Xəzər Universiteti neçə illərdir keçirilən bu reytinq cədvəlində  yer alır. Bu il isə Azərbaycanın daha bir universiteti Bakı Dövlət Universiteti də reytinq cədvəlində yer alıb. BDU həmin reytin cədvəlində 812-ci yerdə qərarlaşıb.

Reytinq siyahısına görə Xəzər universiteti dünya universitetləri arasında 701-750 aralığında yerləşir və Azərbaycan universitetləri arasında 1-ci yeri tutur.

Qeyd edək ki, QS təşkilatı dünyada fəaliyyətdə olan təxminən 26 000 universitet haqqında araşdırma aparmışdır. Xəzər Universiteti dünyanın 2.7% seçilmiş aparıcı universitetləri sırasına daxil edilmişdir.

QS təşkilatı dünya universitetlərinin fəaliyyətini 6 əsas meyar üzrə qiymətləndirir. Bu meyarlar – akademik nüfuz, elmi məqalələrdən sitat gətirmə, müəllim-tələbə nisbəti, işəgötürənlər arasında nüfuz, xarici müəllimlərin və xarici tələbələrin sayıdır.

Ayrıca olaraq, Xəzər Universiteti dünya universitetləri arasında beynəlxalq tələbələrin qəbuluna görə 388-ci, müəllim-tələbə nisbətinə görə 339-cu, xarici müəllimlərə görə isə 253-cü yeri tutub.

Mürtəza

Gununsesi.info