
Avqustun 16-da Xəzərdə batan gənclərin meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətindən daxil olmuş məlumata əsasən, 16 avqust 2017-ci il tarixində dənizdə batdığı ehtimal edilən 1998-ci il təvəllüdlü Sadıqov Elməddin Fəzail oğlu və 1998-ci il təvəllüdlü Vəliyev Qürbət Məhəmməd oğlunun cəsədləri tapıldığı üçün axtarışlar dayandırılıb.
Anar
Gununsesi.info












