Xəzərdə batan 5 nəfər xilas edildi

  • By admin
  • 01 Avqust 2017 19:20

bogul
Bu gün gündüz saatalrında Xəzərdə batan 5 nəfər xilas edilib.

Trend-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Sabunçu rayonunda 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 14:20-də başa çatıb.

Bundan öncə isə Dövlət Xidmətinə Bakı şəhəri, Sabunçu rayonunda 3 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 14:05-də başa çatıb.

Gununsesi.info